Patrik Andrade PFL tərəfindən mükafatlandırıldı

Azərbaycan çempionu “Qarabağ”ın mərkəz yarımmüdafiəçisi Patrik Andrade Peşəkar Futbol Liqası (PFL) tərəfindən mükafatlandırılıb.

Arena.az xəbər verir ki, kabo verdeli futbolçu “Ayın qolu” layihəsi çərçivəsində fevral ayının ən yaxşı qolunun müəllifi olduğu üçün xüsusi mükafata layiq görülüb.

Ona Azərbaycan Premyer Liqasının 29-cu turunun bu gün keçirilmiş “Zirə” ilə ev oyunundan əvvəl mükafatlar təqdim olunub. Mükafatları Tofiq Bəhramov adına Respublika stadionunda “Azərlotereya” ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri Seymur Teymurov təqdim edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: