Yüksək Liqa: “Şuşa”dan qələbə


Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2024/2025 mövsümünün 14-cü turundan təxirə salınmış oyun keçirilib.

Arena.az xəbər verir ki, günün yeganə oyununda turnir cədvəlinin orta sıralarda yer alan komandalardan “Şuşa” U-19-la qarşılaşıb.

Oyunun fasiləsinə qədər qapılara qol vurulmayıb. İkinci hissə məhsuldar alınıb. Qələbəni “Şuşa” aktivinə yazdırıb.

Bu qələbədən sonra 4-cü pillədə qərarlaşmış “Şuşa” xallarının sayını 15-ə çatdırıb. U-19 isə 9 xalla 5-cidir. Turnir cədvəlinə 35 xalı olan “Baku Fire” rəhbərlik edir. “Araz-Naxçıvan” 34 xalla ikinci, “Neftçi” İK 31 xalla üçüncüdür.

Yüksək Liqa
14-cü turun oyunu

10 aprel

“Şuşa” – U-19 4:1

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: