AÇ-2026: Azərbaycan millisi İsveçə qarşı

Bu gün futzal üzrə Azərbaycan millisi Avropa çempionatının (AÇ-2026) əsas mərhələsi çərçivəsində son səfər oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Vitali Borisovun rəhbərlik etdiyi milli komandamız “Helsinqborq Arena”da İsveç yığması ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 21:00-da start götürəcək görüşü İngiltərədən olan hakimlər briqadası idarə edəcək.

Xatırladaq ki, Azərbaycan millisi əvvəlki turlarda qələbə qazana bilməyib və hazırda yer aldığı qrupda 2 xalla yalnız İsveç yığmasını qabaqlayır.

AÇ-2026-nın əsas mərhələsi
5-ci qrup
11 aprel

İsveç – Azərbaycan
Hakimlər: Peter Nurse, Cordan Qriffits, Oliver Rodriqes-Ballinger (hamısı İngiltərə).
Hakim-inspektor: Boqdan Soresku (Rumıniya).
UEFA nümayəndəsi: Fabrisio Di Feliçe (İtaliya).
Timekiper: George Jansizian (İsveç).
“Helsinqborq Arena”. Saat 21:00.

Xallar: Xorvatiya – 12. Yunanıstan – 7. Azərbaycan – 2. İsveç – 1.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: