“Qalatasaray” evdə xal itirdi

Futbol üzrə Türkiyə Super Liqasında 36-cı turun oyunları keçirilir.

Arena.az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.

Turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan “Qalatasaray” bu turda “Trabzonspor”la qarşılaşıb. İstanbul təmsilçisi bu oyundan 1 xalla ayrılıb.

“Ankaragücü” – “Dənizlispor” matçı da heç-heçə yekunlaşıb. “Ərzurumspor” isə “Yeni Malatyaspor”la ev oyunundan minimal hesabla qalib ayrılıb.

Türkiyə Super Liqası
36-cı tur
20 aprel

Kayserispor – Gənclərbirliyi 2:2
Qol: P.Enrike, 39. İ.Parlak, 80 – Piris, 46. Stanku, 50.

Rizəspor – Konyaspor 5:3
Qol: Cokoviç, 21. Mixalak, 27. Remi, 68. Samudio, 74. A.Demirbağ, 82-öz qapısına – Gilyerme, 6. Çikalleşi, 12. Kravets, 86..

Fatih Karagümrük – Göztəpə 1:1
Qol: M.Edrinc, 32 – B.Emir, 84.

Sivasspor – Beşiktaş 0:0

Hatayspor – Antalyaspor 3:2
Qol: Bupendza, 19; 68. Diuf, 55-pen – Amilton, 46. Fredi, 86.

21 aprel

Ankaragücü – Dənizlispor 1:1
Qol: Kitsiu, 35 – Rodalleqa, 6.

Ərzurumspor – Yeni Malatyaspor 1:0
Qol: Obertan, 90+5.

Qalatasaray – Trabzonspor 1:1
Qol: E.Akbaba, 90+5 – Edqar, 76.

22 aprel

17:00 Alanyaspor – Qaziantep
20:00 Kasımpaşa – Başakşəhər

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: