Futbol üzrə Ukrayna Premyer Liqasında 23-cü turun oyunları keçirilib.
Arena.az xəbər verir ki, azərbaycanlı hücumçular – Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin formasını geyindyi “Minay” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Dnepr”lə qarşılaşıb. “Minay” bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.
Azərbaycanlı futbolçular da bu görüşün iştirakçısı olublar. Onlar start heyətdə meydana çıxıblar və sonadək mübarizə aparıblar. Nuriyev 62-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Minay” 23 turdan sonra 18 xalla 14 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, Rüstəm bu mövsüm 16 oyunda meydana çıxıbsa, Anatoli 21 matçda forma geyinib və 10 qola imza atıb.


