Bu gün futbol üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2024/2025-ci illər mövsümünün 19-cu turunun oyunları keçkirilib.
Arena.az xəbər verir ki, tura lider “Araz-Naxçıvan”la ən yaxın izləyicisi “Neftçi”nin dueli ilə start verilib. Oyun hər iki komanda üçün əhəmiyyətli idi. Nominal qonaqlar məğlub olmayacağı təqdirdə çempionluğu vaxtından əvvəl təmin edəcəkdilər. “Ağ-qaralar” isə xal fərqini əritmək baxımından yaxşı fürsət qazanmışdılar. “Neftçi”dən Emil Həsənzadə və Namiq Məmmədkərimov, “Araz-Naxçıvan”dan isə Karlos cəzalı olduğuna görə meydana çıxmamışdılar.
Səkkiz qolun qeydə alındığı bu oyunda rahat qələbəyə sevinən “Araz-Naxçıvan” Yüksək Liqada cari mövsümün çempionluğunu vaxtından əvvəl təmin edib. Gümüş və bürünc medalçının kimliyinə isə mayın 29-da keçiriləcək sonuncu turun oyununda aydınlıq gətiriləcək.
Turun ikinci oyunu nominal qonaqlar üçün daha çox əhəmiyyət kəsb edirdi. Belə ki, “Baku Fire” qələbə qazanacağı təqdirdə ikinci pilləyə yüksələcəkdi. Fasiləyə qədər rəqib qapısından 5 cavabsız top keçirən “Baku Fire” ikinci hissədə də üstünlüyünü artırıb. Qazanılan 3 xal mövsümün başa çatmasına 1 tur qalmış komandanı 2-ci pilləyə yüksəldib.
Son oyunda Yüksək Liqanın turnir cədvəlində qonşu pillələrdə qərarlaşan komandalar gücünü sınayıb. Düzdür, nəticə komandalardan heç birinin mövqeyinə təsir etməyəcəkdi. Hesabı gənclər açsalar da, yekunda sevinən tərəf təcrübəlilərdən qurulan debutant olub.
Yüksək Liqa
19-cu tur
22 may
Neftçi İK – Araz-Naxçıvan 2:6
Qollar: Mirzə Əmirov, 19:15, Abdul Qafar, 22:48 – Mateus Henrike, 2:50; 18:48. Xəzər Ağalızadə, 14:40; 15:00. Ülvi Əliyev, 27:36. Əmirhüsseyn Rasuli, 28:47.
Hakimlər: Knyaz Əmiraslanov, Əli Cəbrayılov, Hidayət Feyzullayev.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Olimpik Star”. Saat 14:00.
Yasamal Bakı – Baku Fire 2:16
Qollar: Zöhrab Quluşev, 35:26. Elçin Məmmədov, 37:00 – Kənan Manafov, 1:20. Yaqo Henrike, 1:33; 20:11; 25:05; 34:11; 34:51; 35:00; 36:36. Henrike Soares, 5:42. Nurlan Mehdizadə, 13:54; 31:34. Tofiq Mikayılov, 14:06. Elmir Xəlilov, 25:31-öz qapısına. Tofiq Əliyev, 26:01. Oktay Rüstəmli, 28:24.
Hakimlər: Anar Fərəcov, Kənan Məlikov, Vüsal Balaşov.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı. “Olimpik Star”. Saat 16:00.
U-19 – Şuşa 3:5
Qollar: Pünhan Qasımzadə, 1:00. Bəyoğlan Vəlizadə, 13:09. Ədalət Ələkbərov, 38:27 – İlham Alıyev, 3:42; 10:51; 20:26. Sadeq Caviditabar, 5:53. Aidar Turarov, 39:00.
Hakimlər: Mahir Məmmədov, Elgün Hüseynov, Ramil Namazov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 18:00.
Xallar: Araz-Naxçıvan – 49. Baku Fire – 44. Neftçi İK – 43. Şuşa – 21. U-19 – 12. Yasamal Bakı – 0.


