Tərlan Əhmədli daha bir il “Araz-Naxçıvan”da!

Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı “Araz-Naxçıvan” qapıçısı Tərlan Əhmədli ilə müqavilənin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Yeni müqaviləyə əsasən, 30 yaşlı qolkiper daha 1 il “Araz-Naxçıvan”ın formasını geyinəcək. O, 2024/2025 mövsümündə də “qırmızı-ağlar”ın heyətində yer alıb. 2024-cü ilin iyulundan Naxçıvan klubunda forma geyinən qolkiper bu komandanın heyətində cəmi 4 oyuna çıxıb, 6 qol buraxıb, 1 matçda isə qapısını toxunulmaz saxlayıb.

Tərlan Əhmədli daha öncə “Turan Tovuz”, “Sumqayıt”, “Qəbələ”, “Sabah”, “Xəzər” (Bakı) kimi klublarda da forma geyinib.

Xatırladaq ki, “Araz-Naxçıvan”da buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro və qapıçı Kristian Avramla da yeni müqavilə imzalanmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: