Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2024/2025 mövsümünün sonuncu – 20-ci turunun oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, turun bütün qarşılaşmaları Bakı İdman Sarayında baş tutacaq.
“Şuşa” “Yasamal Bakı”nı sınağa çəkəcəksə, çempion “Araz-Naxçıvan” da U-19 yığmamızla qarşılaşacaq. Ən prinsipial qarşılaşma isə “Baku Fire” ilə “Neftçi” İK arasında baş tutacaq. Bu görüşdə gümüş və bürünc medalçıların taleyinə aydınlıq gəlmiş olacaq.
Sonuncu oyun başa çatdıqdan sonra mükafatlar təqdim olunacaq.
Yüksək Liqa
20-ci tur
29 may
Şuşa – Yasamal Bakı
Hakimlər: Hikmət Qafarlı, Vüsal Balaşov, Nihad Bağırov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı İdman Sarayı. Saat 13:30.
Araz-Naxçıvan – U-19
Hakimlər: Hidayət Feyzullayev, İmran Məhərrəmov, Bəxtiyar Osmanov.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı İdman Sarayı. Saat 15:30.
Baku Fire – Neftçi İK
Hakimlər: Əli Cəbrayılov, Knyaz Əmiraslanov, Hacıəli Ağayev.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı İdman Sarayı. Saat 18:15.


