Yenidən Premyer Liqaya qayıtmış “Qəbələ”nin yarımmüdafiəçisi Emil Süleymanov qarşıdakı mövsümü “Şamaxı”da keçirəcək.
Arena.az xəbər verir ki, bu barədə “Şamaxı”nın mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Şamaxı” yeni mövsüm üçün heyətini formalaşdırmağa davam etdirir. Sözügedən klub “Qəbələ”dən Emil Süleymanovu icarə əsasında heyətinə qatıb. 21 yaşlı yarımmüdafiəçi növbəti mövsümü Şamaxının eyniadlı komandasında keçirəcək.
“Şamaxı” daha öncə Leroy Mikels, Brahim Konate, Vasili Bakiç və Vasili Radenoviçlə yollarını ayırdığını, Alfons Msanqa ilə də yeni müqavilə imzalandığını açıqlamışdı.


