Cibrilla və Mutsinzi də “Zirə”ni tərk edirlər

“Zirə”nin legioner futbolçuları – Ange Mutsinzi, İssa Cibrilla və Davit Volkov ölkələrinin milli komandalarına dəvət alıblar.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Davit Volkovun yığmaya dəvət aldığı barədə daha öncə məlumat vermişdik. 30 yaşlı futbolçu zədələnimiş Budu Zivzivadzenin (“Haydenhaym”, Almaniya) əvəzinə heyətə çağırılıb. Gürcüstan millisi iyunun 5-də Farer adaları, 8-də isə Kabo-Verde yığması ilə yoxlama oyunları keçirəcək. Hansı ki, Kabo-Verde yığmasının heyətində “Qarabağ”ın legioneri Patrik Andrade də olacaq.

Ange Mutsinzi Ruanda yığmasına çağırılıb. 27 yaşlı mərkəz müdafiəçisinin komandasını iyunun 5-də Əlcəzair yığması ilə yoxlama oyunu gözləyir. Mutsinzi də “Qarabağ”ın digər yarımmüdafiəçisi, əlcəzairli Yassin Benzyaya qarşı oynamaq fürsətinə malikdir.

İssa Cibrilla isə Niger yığmasına dəvət alıb. 29 yaşlı vingerin formasını geyindiyi bu komanda iyunun 6-da Qabonla, ayın 10-da da Zimbabve ilə yoxlama oyunlarında üz-üzə gələcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: