Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Vüsal İsgəndərli çıxış etdiyi Türkiyə təmsilçisi “Boluspor”dan ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə 29 yaşlı futbolçu sosial şəbəkə hesabında bildirib.
O, paylaşımında “Hər şey üçün təşəkkürlər, “Boluspor” sözlərini yazaraq ayrılığa işarə edib. Türkiyə klubunun da bu ayrılığı tezliklə rəsmi olaraq açıqlaması gözlənilir.
Xatırladaq ki, Vüsal İsgəndərli “Boluspor”a 2024-cü ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avroya transfer olunmuşdu. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi vardı. Azərbaycanlı futbolçu Bolu təmsilçisində 41 matça çıxıb, 2 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Vüsal İsgəndərli daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 5 oyunda fərqlənə bilməyib.
29 yaşlı futbolçunun karyerasını harada davam etdirəcəyi hələlik məlum deyil.


