Bu gün keçiriləcək final oyunu ilə futzal üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünə yekun vurulacaq.
Arena.az xəbər verir ki, həlledici görüşdə “Araz-Naxçıvan” və PFL komandaları üz-üzə gələcəklər.
Final matçını Knyaz Əmiraslanov, Rza Məmmədov və Anar Fərəcovdan ibarət hakimlər briqadası idarə edəcək. “Olimpik Star”da təşkil olunacaq oyuna saat 14:00-da start veriləcək.
Azərbaycan Kuboku
Final
5 iyun
14:00. “Araz-Naxçıvan” – PFL
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Anar Fərəcov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Olimpik Star”.


