Azərbaycanlı FİFA referisi Əliyar Ağayev futbol üzrə Rusiya və Nigeriya milliləri arasında keçirilmiş yoxlama oyununu idarə edib.
Arena.az xəbər verir ki, Moskvadakı “Lujniniki” stadionunda təşkil olunmuş görüş 1:1 hesabı ilə yekunlaşıb.
Ruslar 27-ci dəqiqədə avtoqolla hesabda önə keçsələr də, Emmanuel Arokodarenin 71-ci dəqiqədə vurduğu qol Nigeriya yığmasını məğlubiyyətdən xilas edib.
Əliyar Ağayev bu oyunda Rusiya yığmasının 3, Nigeriya millisinin isə 1 futbolçusuna sarı vərəqə verib.
Xatırladaq ki, bu matçda azərbaycanlı referiyə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Dördüncü hakim funksiyasını isə rusiyalı Yevgeni Kukulyak yerinə yetirib.


