Davit Volkov Kabo Verdeyə qarşı 36 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən “Zirə”nin hücumçusu Davit Volkov Gürcüstan millisində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, fransalı mütəxəssis Villi Sanyolun çalışdırdığı komanda ötən gün Kabo Verde yığması ilə yoxlama matçında üz-üzə gəlib.

Kutaisidəki Ramaz Şengeliya adına stadionda keçirilmiş görüş heç-heçə başa çatıb – 1:1. Oyunda hesabı gürcülər açıblar. 45+1-ci dəqiqədə Saba Lobjanidze fərqlənib. Afrika təmsilçisi 80-ci dəqiqəqədə Rayan Mendesin penaltidən vurduğu qolla məğlubiyyətdən qaçıb. Volkov bu görüşün 54-cü dəqiqəsində Georgi Kvilitayanın əvəzində meydana buraxılıb.

2020-2022-ci illərdə oynadığı “Zirə”yə ötən yay qayıtmış Volkov bu komandanın heyətində 111 oyuna çıxıb, 38 qol və 18 məhsuldar ötürmə müəllifi olub.

Gürcü hücumçu Azərbaycanda “Qəbələ” (34 oyun, 10 qol və 1 assist) və “Sabah”ın (71 oyun, 19 qol və 7 assist) da formasını geyinib.

Volkov ölkəsində “Saburtalo”, “Sioni”, “Çixura”, “Dinamo” (Tiflis), “Zemun” və “Qaqra”da da oynayıb.

Davit Volkov 2021-ci ildən formasını geyinməyə başladığı Gürcüstan yığmasında 7 oyun keçirib. O, bu görüşlərdə 2 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: