17 və 19 yaşadək qadın futbolçulardan ibarət yığmalar arasında Avropa çempionatının 2025/26 mövsümünün birinci mərhələsinin püşkü atılıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, püşkatma mərasimində Azərbaycan millilərinin də rəqibləri müəyyənləşib.
B Liqasının 1-ci qrupunda yer alan U-17 millimiz Uels, Kosovo və Moldova yığmaları ilə mübarizə aparacaq.
B Liqasının 5-ci qrupunda qərarlaşan U-19 millimiz isə Sloveniya, Şimali Makedoniya və Gürcüstan seçmələri ilə qarşılaşacaq.
Oyunlar bu ilin payızında keçiriləcək. Turnirin təşkil olunacağı ölkə və tarixlərlə bağlı daha sonra məlumat veriləcək.


