Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Arena.az xəbər verir ki, Ağdam təmsilçisi bu turnirin 2025/2026-cı illər mövsümünün 2-ci təsnifat mərhələsində İrlandiya çempionu “Şelburn”la mübarizə aparacaq.
Birinci təsnifat mərhələsi çərçivəsində doğma meydanda Şimali İrlandiyanın “Linfild” kollektivinə 1:0 hesabı ilə qalib gəlmiş “Şelburn”, səfərdə 1:1 hesablı heç-heçəyə razılaşaraq növbəti raundda “ Qarabağ”a rəqib olub.
Qeyd edək ki, qitənin ən nüfuzlu klub turnirində 2-ci təsnifat mərhələsinin ilk görüşləri iyulun 22-23-də, cavab qarşılaşmaları 29-30-da baş tutacaq.
Beləliklə, bu gün keçirilmiş son iki oyunla UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinə yekun vurulub. Bolqarıstan çempionu “Ludoqorets” də Minsk “Dinamo”su ilə görüşdə çətinliklə mərhələ keçib.
UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunları
16 iyul
Linfild (Şimali İrlandiya) – Şelburn (İrlandiya) 1:1
İlk oyun – 0:1
Dinamo (Minsk, Belarus) – Ludoqorets (Bolqarıstan) – 2:2
İlk oyun: 0:1


