Azər Əliyevli “Tambov” Premyer Liqa ilə vidalaşdı

Futbol üzrə Rusiya Premyer Liqasını tərk edəcək ilk klub bəlli olub.

Arena.az xəbər verir ki, 28-ci turda səfərdə “Rostov”a 0:2 hesabıyla uduzan “Tambov”un sona iki tur qalmış elitanı tərk edəcəyi dəqiqləşib.

Azərbaycanlı yarımmüdafiəçi Azər Əliyevin də formasını geyindiyi “Tambov”, bu mövsüm Rusiya Premyer Liqasında keçirdiyi 28 oyunda cəmi 13 xal toplaya bilib. Bu üzdən də komanda 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Azər Əliyev “Tambov”da bu ilin əvvəlindən çıxış edir. O, hazırda bu komandanın əsas heyət üzvlərindən biridir.

Xəbəri sosial şəbəkələrdə paylaş: