“Qarabağ” – “Şkendiya” matçının biletləri satışa çıxarılır

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Qarabağ” – “Şkendiya” (Şimali Makedoniya) oyununun biletləri sabah satışa çıxarılacaq.

Arena.az bu barədə Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, biletlər avqustun 5-də saat 12:00-dan etibarən satışda olacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri:

iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);
“Qarabağ”ın Park Bulvardakı Fan-Şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Xəbəri sosial şəbəkələrdə paylaş: