Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edən “Araz-Naxçıvan” bu gün sözügedən turnirdə növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, Naxçıvan klubu bu turnirin 3-cü raundunda Kiprin “Omoniya” kollektivi ilə mübarizə aparır.
Bu komandalar arasındakı ilk oyunda Bakıda baş tutub. Mərdəkandakı “Dalğa Arena”da keçirilmiş oyunu Çexiyadan olan hakimlər idarə ediblər.
Oyun “Araz-Naxçıvan” üçün uğursuz alınıb. Elmar Baxşıyevin yetirmələri çox zəif oynadıqları bu görüşün yekununda 4 cavabsız qola üzülüblər. Bu məğlubiyyətdən sonra Naxçıvan klubu üçün mərhələ adlamaq şansları demək olar ki, heçə enib.
Komandalar arasındakı cavab görüşü gələn həftə Kiprdə baş tutacaq.
Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
7 avqust
“Araz-Naxçıvan” – “Omoniya” 0:4
Qollar: Layzos Layzu, 13; 23. Evandro, 55. Stevan Yovetiç, 58.
Hakimlər: Andrey Berka, İvo Nadvornik, Yan Vanya, Andrey Peçanek (hamısı Çexiya).
Mərdəkan. “Dalğa Arena”. Saat 20:00.
Araz-Naxçıvan: 12. Kristian Avram, 3. Bəxtiyar Həsənəlizadə, 17. İssuf Paro, 6. Patrik Andrade, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 19. Bar Kohen, 29. Vanderson Melo, 34. Ürfan Abbasov (k), 70. Çarlz Boli, 77. Bruno Aleksander.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Qara Qarayev, 5. Slavik Alxasov, 7. Hamidu Keyta, 14. Ülvi İsgəndərov, 16. Ramon Maçado, 23. Nuno Rodriqes, 26. Ömər Buludov, 44. Rahil Məmmədov.
Baş məşqçi: Elmar Baxşıyev.
Omoniya: 40. Fabiano, 3. Fotios Kitsos, 5. Senu Kulibali, 7. Villi Semedo, 8. Stevan Yovetiç, 11. Evandro, 14. Mateo Mariç, 21. İoannis Masuras, 30. Nikolaos Panayotu, 31. İoannis Kusulos (k), 75. Loyzos Loyzu.
Ehtiyat oyunçular: 23. Fransis Uzoho, 98. Xaralambos Kiriakidis, 2. Alfa Dyounku, 6. Karel Eytinq, 9. Mariuş Stepinski, 24. Amin Xammas, 27. Stefan Simiç, 33. Mateuş Musialovski, 44. Noviça Erakoviç, 85. Angelos Neofitu, 90. Xristos Konstantinidis, 91. Konstantios Panaqi.
Baş məşqçi: Henninq Berq.


