“Qarabağ” – “Şkendiya” matçına nə qədər bilet satılıb?

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Qarabağ” və “Şkendiya” arasındakı cavab oyununa 14500 bilet satılıb.

Arena.az bu barədə Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd edək ki, avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmaya saat 20:00-da start veriləcək. Səfərdəki görüşdə Ağdam təmsilçisi rəqibini bir cavabsız qolla üstələyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: