Tomas Parti “Vilyarreal”la müqavilə imzaladı

32 yaşlı qanalı dayaq yarımmüdafiəçisi Tomas Parti “Arsenal”dan azad agent qismində “Vilyarreal”ın düşərgəsinə keçib.

Arena.az bu barədə “Vilyarreal”ın mətbuat xidmətinə istinadən məlumat verir.

Tərəflər müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Tomas Parti Madrid “Atletiko”sunun məzundur. “Dayaqçı” karyerası ərzində həmçinin “Malyorka” (icarə), “Almeriya” (icarə) və “Arsenal”da çıxış edib.

Geridə qalmış mövsümdə Parti “Arsenal” üçün 52 oyuna 4 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Parti hazırda kapitanı olduğu Qana yığmasının heyətində 51 oyuna çıxıb, 14 qol vurub, 7 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı qanalı dayaq yarımmüdafiəçisinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: