17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-17) avqustun 12-dən 16-na qədər Bakıda təlim-məşq toplanışında olacaq.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, komandamız ayın 17-dən 22-nə qədər də Monteneqronun Podqoritsa şəhərində hazırlıq keçəcək.
U-17-nin hazırlıq çərçivəsində avqustun 19-da və 21-də Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü keçirməsi də planlaşdırılır.
Milliyə dəvət olunmuş futbolçuların ilkin siyahısını diqqətinizə çatdırırıq:
- Ramal Qəmbərov – Marset (İspaniya)
- Nurəziz Əzizov – Neftçi
- Kamil Həsənov – Marset (İspaniya)
- Rəşad Gülüşov – Sabah
- Uğur Qurbanlı – Qarabağ
- Toğrul Mehdizadə – Sabah
- Səttar Tahirzadə – Marset (İspaniya)
- Ruslan Quliyev – Neftçi
- İsmayıl Səfərli – Neftçi
- Muhamməd Çodarov – Marset (İspaniya)
- Nurlan Mələkov – Neftçi
- Amin Rzayev – Qarabağ
- Atacan Məmmədov – Marset (İspaniya)
- Ramin Abiyev – Neftçi
- Əli Kiçibəyov – Marset (İspaniya)
- Abbas Zeynalov – Marset (İspaniya)
- Adnan Bunyatov – Marset (İspaniya)
- Onur Əliyev – Qarabağ
- Rəsul Balakişiyev – Marset (İspaniya)
- Əli Bəşirov – Qarabağ
- Mehdi Hüseyn – Sumqayıt
- Samir Şərifov – Sabah
- Pünhan Kərimov – Marset (İspaniya)
- Nicat Kərimov – Sabah


