“Qarabağ” – “Şkendiya” matçına 25 min bilet satılıb

Futbol üzrə UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Qarabağ” – “Şkendiya” oyununa satılmış biletlərin sayı açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, qarşılaşmaya 25 min bilet satılıb. Oyun saatına qədər bu göstəricinin daha da artması gözlənilir.

Qeyd edək ki, bu matç üçün biletlərin qiymətləri 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektoru üçün nəzərdə tutulan biletlərin qiyməti isə 300 manatdır.

Xatırladaq ki, “Qarabağ” – “Şkendiya” matçı bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyuna saat 20:00-da start veriləcək. Səfərdə gerçəkləşmiş ilk oyunda Azərbaycan çempionu Şimali Makedoniya təmsilçisi üzərində qələbə qazanıb – 1:0.

Xəbəri sosial şəbəkələrdə paylaş: