Azərbaycanı futbol üzrə Avropa Konfrans Liqasında təmsil edən “Araz-Naxçıvan” bu gün sözügedən turnirdə növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, Naxçıvan klubu bu turnirin 3-cü raundunda Kiprin “Omoniya” kollektivi ilə mübarizə aparıb.
Bu komandalar arasında Bakıda keçirilmiş ilk oyunda Naxçıvan klubu biabırçı hesabla məğlub olmuşdu – 0:4. Nikosiyadakı cavab qarşılaşmasında da Azərbaycan təmsilçisinin şansları yüksək qiymətləndirilmirdi. Belə də olub. Səfərdə daha ağır məğlubiyyətlə üzləşmiş “Araz-Naxçıvan” Konfrans Liqasında mübarizəni dayandırıb.
Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunu
14 avqust
“Omoniya” – “Araz-Naxçıvan” 5:0
Qollar: Villi Semedo, 9. Stevan Yovetiç, 23. Evandro, 31; 45+4. Mateuş Musialovski, 79.
Baş hakim: Yakob Kehlet.
Baş hakimin köməkçiləri: Lars Hummelqaard, Martin Markus.
Dördüncü hakim: Mikkel Redder.
VAR: Sandi Putros.
AVAR: Morten Kroq.
(Hakimlər briqadası Danimarkadandır)
GSP stadionu. Saat 21:00.
Omoniya: 40. Fabiano, 3. Fotios Kitsos, 5. Senu Kulibali, 6. Karel Eytinq, 7. Villi Semedo, 8. Stevan Yovetiç, 11. Evandro, 21. İoannis Masuras, 30. Nikolaos Panayotu, 31. İoannis Kusulos (k), 75. Loyzos Loyzu.
Ehtiyat oyunçular: 23. Fransis Uzoho, 98. Xaralambos Kiriakidis, 2. Alfa Dyounku, 9. Mariuş Stepinski, 10. Tasos Xatsiyovanis, 14. Mateo Mariç, 24. Amin Xammas, 27. Stefan Simiç, 33. Mateuş Musialovski, 44. Noviça Erakoviç, 85. Angelos Neofitu, 90. Xristos Konstantinidis.
Baş məşqçi: Henninq Berq.
Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Patrik Andrade, 7. Hamidu Keyta, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 26. Ömər Buludov, 29. Vanderson Melo (k), 44. Rahil Məmmədov, 77. Bruno Aleksander.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Qara Qarayev, 5. Slavik Alxasov, 14. Ülvi İsgəndərov, 19. Bar Kohen, 34. Ürfan Abbasov, 70. Çarlz Boli.
Baş məşqçi: Elmar Baxşıyev.


