Fransanın PSJ klubunun ispaniyalı qapıçısı Arnau Tenas bundan sonra İspaniyanın “Vilyarreal” komandasının uğurları üçün çalışacaq.
Arena.az bu barədə La Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.
24 yaşlı qapıçının transferi İspaniya klubuna 2,5 milyon avroya başa gəlib. Tenas yeni klubu ilə 4 illik (2029-cu ilin 30 iyununadək) müqavilə bağlayıb.
Arnau Tenas “Barselona”nın yetirməsidir. O, Paris klubuna 2023-cü ildə qoşulsa da, burada möhkəmlənə bilməmişdi. İspan qolkiper PSJ-nin heyətində cəmi 8 oyuna çıxıb, 10 qol buraxıb, 1 matçda qapısını toxunulmaz saxlayıb.
İspaniyanın müxtəlif yaş qrupları üzrə yığmalarında da oynamış Arnau 2024-cü ildə əsas millidə debüt edib. O, İspaniya millisinin heyətində keçirdiyi 5 oyunda 6 qol buraxıb, cəmi 1 matçda qapısını toxunulmaz saxlamağı bacarıb.
“Transfermarkt” internet-portalı 24 yaşlı qapıçının transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.



