Futzal üzrə UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsinə vəsiqə qazanmış “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşib.
Arena.az xəbər verir ki, Rumıniyanın “Yunayted Qalati” və Lüksemburqun “Differdanj” klubları rəqiblərini bu mərhələdə gözləyirdilər.
Niderland çempionu “Tigers Roermond” isə ilkin mərhələdən mübarizəyə başlayıb. Sözügedən komanda B qrupunda keçirdiyi 3 oyundan maksimum xal toplayaraq 7-ci qrupda mübarizəni davam etdirmək hüququ qazanıb. Bu mərhələnin oyunları oktyabrın 28-dən noyabrın 2-dək Rumıniyada keçiriləcək.
Xatırladaq ki, Azərbaycan çempionu “Araz-Naxçıvan” da ÇL-in ilkin mərhələsinin F qrupunda Şimali İrlandiyanın “Sparta Belfast” komandasına 9:1, Şotlandiyanın “Saltires” kollektivinə 7:2, Avstriya çempionu “Lyuti Krayişniçi”yə 12:3 hesabı ilə qalib gəlib. Komandamız maksimum nəticə ilə nüfuzlu turnirin əsas mərhələsində iştirak hüququ qazanıb.


