Futzal: Yeni mövsümün püşkatma mərasimi keçiriləcək

Futzal üzrə Azərbaycan çempionatlarında (Yüksək Liqa və Birinci Liqa) 2025/2026-ci illər mövsümünün püşkatma tarixi müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, mərasim sentyabrın 8-də AFFA-nın inzibati binasında keçiriləcək. Tədbirə saat 12:00-da start veriləcək.

Qeyd edək ki, Yüksək Liqada 6 (Araz-Naxçıvan, Baku Fire, Neftçi İK, Şuşa, U-19 və Lənkəran) komanda mübarizə aparacaq. Birinci Liqada isə 10 (Baku Fire-2, PFL, Xan-Lənkəran, STAR kargo, Timsport, Atletiko Baku, Trabzon-Azərbaycan, Ulduz, Dəstə Ordubad və Yeni Suraxanı) komandaları iştirak edəcəklər.

Yüksək Liqada oyunlar 4 dövrədən və 20 turdan, Birinci Liqada isə 1 dövrədən və pely-off mərhələsindən ibarət olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: