Yüksək Liqa: Bu gün 2-ci turun oyunları keçiriləcək

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 2-ci turunun oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, turun bütün görüşləri “Olimpik Star”da baş tutacaq.

Turun ilk oyunu yenilənmiş “Şuşa” ilə son çempion “Araz-Naxçıvan” arasında baş tutacaq.

Yüksək Liqa
2-ci tur
25 sentyabr

Şuşa – Araz-Naxçıvan
Hakimlər: Anar Fərəcov, Kənan Məlikov, Bəxtiyar Osmanov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Olimpik Star”. 13:00.

Lənkəran – Baku Fire
Hakimlər: Rza Məmmədov, Elgün Hüseynov, Nihad Bağırov.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı. “Olimpik Star”. 15:00.

U-19 – Neftçi İK
Hakimlər: Mahir Məmmədov, Vüsal Balaşov, İmran Məhərrəmov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Olimpik Star”. 17:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: