Yüksək Liqa: Darmadağınlar günü

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 2-ci turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun bütün görüşləri “Olimpik Star”da baş tutub.

Turun ilk oyunu yenilənmiş “Şuşa” ilə son çempion “Araz-Naxçıvan” arasında baş tutub. Naxçıvan təmsilçisi bu oyunda darmadağına sevinib. Digər oyunlarda da oxşar nəticələr qeydə alınıb. “Baku “Fire” “Lənkəran”ı, “Neftçi” isə U-19-u böyük hesabla yenib.

Yüksək Liqa
2-ci tur
25 sentyabr

Şuşa – Araz-Naxçıvan 1:10
Qollar: Rüstəm Bağırov, 21:42 – Xəzər Ağalızadə, 3:48; 26:21; 38:41. Mirzə Əmirov,10:53; 15:46. Luicci Lonqo, 17:35; 17:48; 24:35. Ədalət Ələkbərov, 18:25; 19:20.
Hakimlər: Anar Fərəcov, Kənan Məlikov, Bəxtiyar Osmanov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Olimpik Star”. 13:00.

Lənkəran – Baku Fire 1:8
Qollar: Elmir Xəlilov, 12:34 – Kənan Manafov, 8:19; 11:02; 16:50. Tofiq Mikayılov, 23:13. Rüfət Məmmədli, 30:00. Elşən Mahmudov, 32:52. Fərid Abbasov, 35:47. Oktay Rüstəmli, 36:56.
Hakimlər: Rza Məmmədov, Elgün Hüseynov, Nihad Bağırov.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı. “Olimpik Star”. 15:00.

U-19 – Neftçi İK 2:15
Qollar: İsmayıl Əhmədov, 13:00. Suad Qarayev, 21:54 – Allef Maiolli, 2:06; 18:24. Vahib Xocayev, 4:14; 11:53. Mehdi Ahanqari, 4:54; 38:01; 38:59. Yaqo Henrike, 7:17; 33:12; 34:41. Lukas Dias Ramos, 8:49; 10:11. Əhməd İsmayılov, 10:27. Kərim İbrahimov, 31:50. Tofiq Əliyev, 36:58.
Hakimlər: Mahir Məmmədov, Vüsal Balaşov, İmran Məhərrəmov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Olimpik Star”. 17:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: