Cəlal Hüseynov “Botev”ə qarşı 90 dəqiqə oynadı, 2 qola üzüldü

Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Cəlalın komandası Bolqarıstan çempionatının 2025/2026-cı illər mövsümünün 10-cu turu çərçivəsində “Botev”lə qarşılaşıb.

Doğma meydanda baş tutmuş bu oyun “Arda”nın Vratsa təmsilçisinə məğlubiyyəti ilə yekunlaşıb – 0:2. Hüseynov bu görüşdə 90 dəqiqə meydanda olub.

“Arda” 10 turdan sonra 9 xalla 16 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb. Komanda əvvəlki turlarda 2 qələbə qazanıb, 3 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 62 rəsmi oyuna çıxıb, 1 qol vurub. Cəlal ötən mövsümü icarə əsasında “Şamaxı”da keçirsə də, bu yay yenidən Bolqarıstan klubuna qayıdıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: