Filip Ozobiç 10 mövsümdür Premyer Liqada qol vurur

“Turan Tovuz”da çıxış edən Filip Ozobiç Azərbaycan çempionatları tarixində ən azı 10 fərqli mövsümdə qol vuran 57-ci oyunçudur.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Təcrübəli yarımmüdafiəçi buna “Kəpəz”ə üç cavabsız qolla qalib gəldikləri Azərbaycan Premyer Liqasının 6-cı turunun matçında nail olub. Bu, Ozobiçin Premyer Liqada qol sevinci yaşadığı 10-cu mövsümdür. O, “Qəbələ”də iki (2016/2017, 2017/2018), “Qarabağ”da beş (2018/2019, 2019/2020, 2020/2021, 2021/2022, 2022/2023), “Neftçi”də iki (2023/2024, 2024/2025) mövsümü qolsuz başa vurmayıb.

Azərbaycan çempionatları tarixində mütləq rekord isə 17 mövsümdə buna nail olmuş Kənan Kərimova məxsusdur.

Qeyd edək ki, Qərb derbisində vurulmuş qol Filipin Premyer Liqada 67-ci qolu olub. O, ölkə çempionatları tarixinin 23-cü bombardiridir.

Xatırladaq ki, Filip Ozobiç “Turan Tovuz”a bu ilin yayında “Neftçi”dən azad agent kimi ayrılaraq keçib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: