Elvin Cəfərquliyev – “Kopenhahen”lə matçın ən yaxşısı!

“Qarabağ”ın cinah müdafiəçisi Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasında “Kopenhagen”ə qarşı keçirdikləri oyunun ən yaxşısı seçilib.

Arena.az xəbər verir ki, Azərbaycan və Danimarka çempionları arasında ÇL-in Liqa mərhələsinin 2-ci turu çərçivəsində baş tutmuş qarşılaşma Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda təşkil edilib.

Ağdam təmsilçisi bu oyunda 2:0 hesablı inamlı qələbəyə sevinib.

Matçdan sonra UEFA-nın texniki müşahidəçilər qrupunun qiymətləndirməsinə əsasən, “Qarabağ”ın azərbaycanlı futbolçusu Elvin oyunun ən yaxşısı adına layiq görülüb. Bu haqda UEFA-nın saytı məlumat yayıb. Müşahidəçilər qrupunun verdiyi rəyə əsasən, Cəfərquliyev matçdan sonra xüsusi mükafata layiq görülüb.

Xatırladaq ki, Elvin Cəfərquliyev “Kopenhagen”lə matçda ilk dəqiqələrdən meydanda olub və 90-cı dəqiqədə Musa Qurbanlı ilə əvəzlənib.

Xəbəri sosial şəbəkələrdə paylaş: