Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 3-cü turunun oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, turun bütün görüşləri “Olimpik Star”da baş tutacaq.
Son çempion “Araz-Naxçıvan” bu dəfə debütant “Lənkəran”la üz-üzə gələcək. “Neftçi” “Şuşa”nı, “Baku Fire” isə 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisini sınağa çəkəcək.
Yüksək Liqa
3-cü tur
2 oktyabr
Neftçi İK – Şuşa
Hakimlər: Əli Cəbrayılov, Hidayət Feyzullayev, Vüsal Balaşov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 13:00.
Araz-Naxçıvan – Lənkəran
Hakimlər: Knyaz Əmiraslanov, İmran Məhərrəmov, Anar Fərəcov.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı. “Olimpik Star”. Saat 15:00.
Baku Fire – U-19
Hakimlər: Hikmət Qafarlı, Rza Məmmədov, Elgün Hüseynov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Olimpik Star”. Saat 17:00.


