Yüksək Liqa: 5-ci turun oyun cədvəli açıqlandı

Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 5-ci turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, növbəti turun oyunları oktyabrın 14-də “Olimpik Star”da keçiriləcək. Bu turda debütant “Lənkəran” U-19-la üz-üzə gələcək. Son çempion “Araz-Naxçıvan” “Neftçi” İK ilə, “Baku Fire” isə “Şuşa” ilə qarşılaşacaq.

Yüksək Liqa
5-ci tur
14 oktyabr

Lənkəran – U-19
Bakı. “Olimpik Star”. Saar 13:00.

Araz-Naxçıvan – Neftçi İK
Bakı. “Olimpik Star”. Saar 15:00.

Baku Fire – Şuşa
Bakı. “Olimpik Star”. Saar 17:30.

Xallar: “Neftçi” – 10. Araz-Naxçıvan – 10. Baku Fire – 8. Şuşa – 6. U-19 – 0. Lənkəran – 0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: