Futzal üzrə Azərbaycan milli komandası bu ay Bakıda təlim-məşq toplanışında olacaq, həmçinin yoxlama oyununda qüvvəsini sınayacaq.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, milli komanda oktyabrın 16-dan 19-na qədər hazırlıq keçəcək. Toplanışın sonunda yoxlama oyununun təşkili nəzərdə tutulub. Rəqib barədə məlumat verilməsə də, millimizin UEFA Çempionlar Liqasına hazırlaşan “Araz-Naxçıvan”la üz-üzə gəlməsi gözlənilir.
Baş məşqçi Yevgeni Kukseviç millimizin məşq prosesinə 5-i qapıçı olmaqla ümumilikdə 20 futzalçı dəvət edib.
Qapıçılar: Emin Kürdov, Hüseyn Əbdülov, Rövşən Hüseynli (hamısı “Araz-Naxçıvan”), Kamran Hacıyev (“Neftçi” İK), Cavad Məmmədov (“Baku Fire”);
Oyunçular: Mirzə Əmirov, Ülvi Əliyev, Ədalət Ələkbərov, Qüdrət Qasımzadə (hamısı “Araz-Naxçıvan”), Emil Həsənzadə, Nihad İsmayılov, Tofiq Əliyev (hamısı “Neftçi” İK), Fərid Abbasov, Oktay Rüstəmli, Murad Quluzadə, Kənan Manafov, Nurlan Məmmədov, Eldar Zeynalov (hamısı “Baku Fire”), Oqtay Mahmudzadə, Pünhan Qasımzadə (hər ikisi U-19).


