Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 6-cı turunun oyun cəvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, növbəti turun bütün matçları oktyabrın 23-də “Olimpik Star”da keçiriləcək. Son çempion “Araz-Naxçıvan” liderlər qrupunda qərarlaşmış “Baku Fire” ilə qarşılaşacaq. Lider “Neftçi” İK isə bu dəfə debütant “Lənkəran”ı sınağa çəkəcək.
Yüksək Liqa
6-cı tur
23 oktyabr
Şuşa – U-19
Bakı. “Olimpik Star”. Saat 13:30.
Araz-Naxçıvan – Baku Fire
Bakı. “Olimpik Star”. Saat 15:30.
Lənkəran – Neftçi İK
Bakı. “Olimpik Star”. Saat 18:00.
Xallar: Neftçi İK – 13. Baku Fire – 11. Araz-Naxçıvan – 10. Şuşa – 6. U-19 – 3. Lənkəran – 0.


