“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 8-ci turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Ağdam və Tovuz təmsilçiləri bu gün “Azərsun Arena”da üz-üzə gəliblər.
Qarşılaşmada hesabı tovuzlular açsa da, ağdamlılar ikinci hissədə buraxılan qolların əvəzini artıqlaması ilə çıxmaqla 2:1 hesablı əzmkar qələbəyə seviniblər.
Kurban Berdıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Hər iki komanda yaxşı oyun nümayiş etdirdi. Təəssüf ki, ikinci hissənin ilk 10 dəqiqəsində 2 qol buraxdıq. “Qarabağ” kimi komandaya qarşı oynamaq çətindir. Əvəzetmələr “Qarabağ”ın oyununu çox gücləndirdi. İkinci hissənin müəyyən qismində istədik ki, hesabı qoruyaq. Bu, bizə bir az mane oldu. Amma “Qarabağ”ın haqqını vermək lazımdır. Yaxşı oynadılar. Onlara UEFA Çempionlar Liqasında uğurlar arzulayıram”.


