Yüksək Liqa: 3 oyuna 48 qol

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 7-ci turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun bütün görüşləri Bakıdakı “Olimpik Star”da keçirilib.

Turun açılış matçında “Neftçi” İK U-19 millimizlə qarşılaşıb və böyük hesabla qalib gəlib. Digər oyunlarda da “Baku Fire” “Lənkəran”ı, “Araz-Naxçıvan” isə “Şuşa”nı böyük hesabla yenib.

Yüksək Liqa
7-ci tur

18 noyabr

Neftçi İK – U-19 12:4
Hakimlər: Hikmət Qafarlı, Vüsal Balaşov, Nihad Bağırov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Olimpik Star”. Saat 13:00.

Baku Fire – Lənkəran 14:2
Hakimlər: İmran Məhərrəmov, Elgün Hüseynov, Anar Fərəcov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı. “Olimpik Star”. Saat 15:00.

Araz-Naxçıvan – Şuşa 14:2
Hakimlər: Ramil Namazov, Mahir Məmmədov, Nahid Bağırov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Olimpik Star”. Saat 17:00.

Xallar: Neftçi İK – 19. Araz-Naxçıvan – 16. Baku Fire – 14. Şuşa – 9. U-19 – 3. Lənkəran – 0.

Bombardirlər: Luicci Lonqo (“Araz-Naxçıvan”). Allef Mayolli (“Neftçi” İK). Yaqo Henrike (“Neftçi” İK) – 13 qol.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: