İtaliya çempionu “Napoli”nin yarımmüdafiəçisi Skott Maktominey UEFA Çempionlar Liqasında “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Azərbaycan və İtaliya çempionları ötən gecə ÇL-in Liqa mərhələsinin beşinci turu çərçivəsində Neapolda üz-üzə gəliblər.
Meydan sahibləri bu oyunda 2:0 hesablı qələbəyə seviniblər. Skott Maktominey oyundan sonra jurnalistlərə açıqlamasında qarşılaşmanı belə dəyərləndirib:
“İlk dəqiqələr mənim üçün çətin oldu. Qarşılaşmanın əvvəlində çoxlu səhvlər etdik. İkinci hissədə daha yaxşı oynadıq, amma “Qarabağ”a daha çox qol vurmalı idik. Komandama kömək etmək üçün əlimdən gələni edirəm. Baş məşqçimizin məndən gözləntiləri böyükdür. Kollektivimizi təbrik edirəm. UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti qələbəmizi qazandıq. Azarkeşlərimiz, həqiqətən, möhtəşəm idilər”.


