AFFA-nın futzal üzrə baş inzibatçısı Fərrux Hüseynzadə UEFA Çempionlar Liqasının 2025/26 mövsümünün oyununa təyinat alıb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Həmyerlimiz UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində bu gün Afinada keçiriləcək AEK (Yunanıstan) – “Sportinq” (Portuqaliya) matçının UEFA nümayəndəsi olacaq.
Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Cütün qalibi 1/4 finalda “Araz-Naxçıvan” – “Benfika” görüşünün qalibi ilə üz-üzə gələcək.
Xəbərdə o da vurğulanır ki, bu, Fərrux Hüseynzadənin ilk beynəlxalq təyinatıdır.


