“Araz-Naxçıvan” “Benfika” ilə oyun üçün 13 futzalçı seçdi

“Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının (ÇL) 1/8 finalının “Benfika” ilə cavab matçı üçün iştirak ərizəsini UEFA-ya göndərib.

Arena.az bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir.

Baş məşqçi Yevgeni Kukseviç Portuqaliya komandası ilə səfər oyununa 2-si qapıçı olmaqla ümumilikdə 13 futzalçı aparıb.

Qapıçılar: 1. Emin Kürdov, 12. Rövşən Hüseynli;

Oyunçular: 20. Ədalət Ələkbərov, 8. Ülvi Əliyev, 6. Mirzə Əmirov, 10. Yan Perruzo, 21. Filipinyo, 98. Karlos Bertula, 49. Valero Covanni, 3. Qüdrət Qasımzadə, 29. Luicci Lonqo, 9. Alleks Rezende, 15. Aleksanderson Teyşeyra.

Qeyd edək ki, görüş dekabrın 5-də Lissabondakı “Pavilyao Fidelidade”də keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 21:30-da start veriləcək. Oyunu Serbiyadan olan hakimlər briqadası idarə edəcək.

Xatırladaq ki, “Araz-Naxçıvan” “Benfika”ya qarşı Bakıda keçirdiyi ilk oyunda 0:9 hesabıyla məğlub olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: