Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümündə 15-ci tura start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə yeddi qarşılaşma baş tutub.
“Bornmut” – “Çelsi” matçı qolsuz bitib. Altı qolun qeydə alındığı “Lids” – “Liverpul” oyunu da çempionun xal itkisi ilə üzləşib. Lider “Arsenal” səfərdə “Aston Villa”ya məğlub olub. “Mançester Siti” “Sanderlend”i, “Tottenhem” “Brentford”u, “Nyukasl” “Börnli”ni, “Everton” isə “Nottingem Forest”i məğlub yola salıb.
Turun qalan görüşləri dekabrın 7-də və 8-də keçiriləcək.
İngiltərə, Premyer Liqa
15-ci tur
6 dekabr
Aston Villa – Arsenal 2:1
Qollar: Keş, 36. Buendiya, 90+5 – Trossard, 52.
Tottenhem – Brentford 2:0
Qollar: Riçarlison, 25. X.Simons, 43.
Nyukasl – Börnli 2:1
Qollar: B.Gimarayns, 31. Qordon, 45+8-pen – Flemminq, 90+4-pen.
Mançester Siti – Sanderlend 3:0
Qollar: R.Dias, 31. Qvardiol, 35. Foden, 65.
Everton – Nottingem Forest 3:0
Qollar: Milenkoviç, 2-öz qapısına. Barri, 45+3. Dyusberi-Holl, 80.
Bornmut – Çelsi 0:0
Lids – Liverpul 3:3
Qollar: Levin, 73-pen. Stax, 75. Tanaka, 90+6 – Ekitike, 48; 50. Soboslai, 80.
7 dekabr
18:00. Brayton – Vest Hem
20:30. Fulhem – Kristal Pelas
8 dekabr
00:00. Vulverhempton – Mançester Yunayted


