Danimarka yığmasının Bakıya gələcək heyəti bilindi

Futzal üzrə Danimarka yığmasının Bakıda Azərbaycan milli komandasına qarşı keçirəcəyi yoxlama oyunları üçün heyəti açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Danimarka yığmasının baş məşqçisi Nikolay Saabye 14 futzalçıya dəvət göndərib:

Tobias Venq, Ruben Vinter, Mikel Foqed, Məhəmməd Yussef, Mads Folk, Tim Viese, Emil Skott, Nikolay Yaqerqaad, Villiam Rams, Zlatan Henic, Oliver Borstinq, Villiam Qantzhorn, Niklas Fuks-Kristiansen, Kornelius Ambek-Noqqaard.

Qeyd edək ki, sözügedən komandalar arasındakı beynəlxalq yoxlama görüşləri yanvarın 22-də və 24-də Bakı İdman Sarayında baş tutacaq. Qarşılaşmaların start saatları isə hələ müəyyənləşməyib. Buna qarşıdakı günlərdə aydınlıq gətiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: