Rəşad Sadıqov: “Bu barədə çox danışmaq istəmirəm”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:2 hesabı ilə uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Maraqlı oyun keçdi. Bəlkə də mövsüm ərzində ən yaxşı görüşlərimizdən birini keçirdik. Hesab 0:0 olarkən yüz faizlik imkandan yararlana bilmədik. Səfərdə üstün oyun sərgiləyə bildik. İlk yarıda rəqibin yeganə zərbəsi qolla nəticələndi. İkinci hissədə bərabərlik qolunu vursaq da, əks-hücumda qol buraxdıq.

Qazandığımız nəticə pis deyil. Komandama, rəhbərliyə təşəkkürümü bildirirəm. Hər şey xeyrimizə bitə bilərdi. İndi bu barədə çox danışmaq istəmirəm. Yəqin ki, gələcəkdə danışmağa vaxtımız olacaq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: