Samir Abasov – 11-ci çempion

Samir Abasov baş məşqçi kimi Azərbaycan çempionu olan 11-ci mütəxəssisdir.

Arena.az xəbər verir ki, “Neftçi”nin çalışdırıcısına qədər 10 məşqçi komandası ilə qızıl medal qazanıb.

Mütləq rekord Qurban Qurbanova məxsusdur. O, 7 çempionluq sevinci yaşayıb.

Ağasəlim Mircavadov 5, Kazbek Tuayev 4, Mehman Allahverdiyev və Böyükağa Hacıyevin 3 qızıl medalı var. Əhməd Ələsgərov, Valentin Xodukin, Qyoko Haciyevski, Kaxaber Sxadadze və Arif Əsədov bir dəfə belə uğura imza atıb.

Çempion baş məşqçilər:

1992 – Əhməd Ələsgərov
1993 – Ağasəlim Mircavadov
1993/94 – Kazbek Tuayev
1994/95 – Mehman Allahverdiyev
1995/96 – Kazbek Tuayev
1996/97 – Kazbek Tuayev
1997/98 – Mehman Allahverdiyev
1998/99 – Mehman Allahverdiyev
1999/2000 – Ağasəlim Mircavadov
2000/01 – Ağasəlim Mircavadov
2001/02 – yarımçıq qalıb
2002/03 – keçirilməyib
2003/04 – Kazbek Tuayev
2004/05 – Ağasəlim Mircavadov
2005/06 – Böyükağa Hacıyev
2006/07 – Ağasəlim Mircavadov
2007/08 – Valentin Xodukin
2008/09 – Qyoko Haciyevski
2009/10 – Kaxaber Sxadadze
2010/11 – Arif Əsədov
2011/12 – Böyükağa Hacıyev
2012/13 – Böyükağa Hacıyev
2013/14 – Qurban Qurbanov
2014/15 – Qurban Qurbanov
2015/16 – Qurban Qurbanov
2016/17 – Qurban Qurbanov
2017/18 – Qurban Qurbanov
2018/19 – Qurban Qurbanov
2019/20 – Qurban Qurbanov
2020/21 – Samir Abasov

Xəbəri sosial şəbəkələrdə paylaş: