17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-17) bu gün UEFA İnkişaf Turnirində ikinci oyuna çıxıb.
Arena.az xəbər verir ki, millimiz Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Qazaxıstanın Çimkənd şəhərində yerləşən “Namys” stadionunda keçirilmiş görüşün əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Millimizin heyətində qolu 18-ci dəqiqədə Ruslan Quliyev vurub. Oyunsonrası penaltilər seriyasında daha dəqiq oynayan Aqil Nəbiyevin yetirmələri 4:2 hesablı qələbə qazanıblar.
Xatırladaq ki, U-17 millimiz turnir çərçivəsində sonuncu oyununu aprelin 30-da Pakistan yığmasına qarşı keçirəcək.
Komandamız turnirdəki ilk matçında Rusiya yığmasına 0:5 hesabı ilə məğlub olmuşdu.
Qeyd edək ki, millimiz UEFA İnkişaf Turnirinə bu heyətlə qatılıb:
- Ülvi Abbaslı – Sumqayıt
- Oqtay Mehrəliyev – Qarabağ
- Ruslan Quliyev – Neftçi
- Vaqif Nəbiyev – Qarabağ
- Roman Fərzəli – Qarabağ
- Arda Əzizli – Qarabağ
- Vaqif Məmmədli – Sabah
- Tunar Bayramov – Qarabağ
- Nazim Əliyev – Srvena Zvezda (Serbiya)
- Əhəd Hacızadə – Qarabağ
- Yusif Orucəliyev – Qarabağ
- Nihad Hüseynzadə – Sabah
- Şikar Şikar – Neftçi
- Firdovsi Şeydayev – Sabah
- Nicat Əhmədzadə – Marset (İspaniya)
- Rəsul Balakişiyev – Marset (İspaniya)
- Ümid Əliyev – Hueska (İspaniya)
- Tunar Əsgərzadə – Qarabağ
- Ruslan Əbilov – Sabah
- Hikmət Mirzə – Nastik İdman Akademiyası (İspaniya)


