Mehdi Cənnətov “Zirə” ilə müqavilə bağladı

“Zirə” yeni futbolçu ilə anlaşıb.

Arena.az xəbər verir ki, sözügedən klub “Sumqayıt”dan qapıçı Mehdi Cənnətovu transfer edib.

Bu barədə Zirə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 29 yaşlı qolkiperlə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 29 yaşlı qapıçı daha əvvəl Rusiyanın “Anji”, “Baltika” klublarında çıxış edib. 2017-ci ildən “Sumqayıt”da forma geyinən futbolçu Azərbaycan milli komandasının da üzvüdür.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: