“Sumqayıt” Saşa İliçi istefaya göndərdi

Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümündə uğursuz çıxış etmiş “Sumqayıt”da baş məşqçi Saşa İliç istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə “gənclik şəhəri” təmsilçisi məlumat yayıb.

Serbiyalı mütəxəssisin müqaviləsinin müddətinin başa çatdığı bildirilib. “Kimyaçılar” yeni müqavilə bağlamaq istəmədikləri baş məşqçiyə gələcək karyerasında uğurlar arzulayıblar.

Xatırladaq ki, “Sumqayıt” Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünü 41 xalla 7-ci pillədə başa vurub. İliçin komandası 33 oyunda 12 qələbə qazanıb, 5 heç-heçə edib, 16 məğlubiyyətə üzülüb.

Saşa İliç ötən mövsümün əvvəlində bu komandaya baş məşqçi təyin edilmişdi. “Kimyaçılar” bu mütəxəssisin rəhbərliyi altında bütövlükdə 37 oyun keçiriblər, 14 qələbə, 6 heç-heç və 17 məğlubiyyət görüblər. Top fərqi də ürəkaçan olmayıb – 51:52.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: