Azər Bağırov “Şamaxı”da – Rəsmi

Bir neçə gün öncə “Kəpəz”dən ayrılmış Azər Bağırov bundan sonra Premyer Liqanın digər təmsilçisi “Şamaxı”ya rəhbərlik edəcək.

Arena.az bu barədə əyalət klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

41 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. O, bu postda mövsümün bitməsilə “Şamaxı”dan ayrılmış Ayxan Abbasovu əvəz edib.

Xatırladaq ki, Azər Bağırov 2025-ci ilin oktyabr ayından “Kəpəz”ə rəhbərlik edirdi. Gəncə təmsilçisi 2024/2025-ci illər mövsümündə də Bağırovun rəhbərliyi altında çıxış edib. Bağırov daha öncə “Araz-Naxçıvan”da da çalışıb.

“Şamaxı” Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünü 38 xalla 8-ci pillədə başa vurub (9 qələbə, 11 heç-heçə, 13 məğlubiyyət). “Kəpəz” isə 27 xalla 10-cu yeri tutub (8 qələbə, 3 heç-heçə, 22 məğlubiyyət).

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: