Əliyar Ağayev Belarusun qələbəsini qeydə aldı

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev futbol üzrə Belarus və Suriya milli komandaları arasında keçirilmiş yoxlama oyununu idarə edib.

Arena.az xəbər verir ki, sözügedən komandalar ötən gecə Minsk şəhərində üz-üzə gəliblər.

Beş qolun qeydə alındığı matç Belarus yığmasının böyük hesablı qələbəsi ilə başa çatıb – 4:1.

Əliyar Ağayev 90 dəqiqə ərzində yalnız bir futbolçunu – Belarus millisinin üzvü Ruslan Lisakoviçi sarı vərəqə ilə cəzalandırıb.

Təcrübəli referiyə bu matçda azərbaycanlı yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Yerli hakim İqor Şumilov isə dördüncü hakim funksiyasını yerinə yetirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: